Kərkükdə silsilə partlayışlar baş verib

İraqın Kərkük şəhərində ardıcıl üç güclü partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, partlayışlar Kərkükün mərkəzində, Bağdada gedən yolda və şəhərin Dümeyz rayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR