Şəmkirdə “Mercedes”lə “Ford” toqquşdu - 3 yaralı

Şəmkirdə “Mercedes”lə “Ford” toqquşdu - 3 yaralı
01:29 19 İyul 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Şəmkir şəhərindən keçən hissəsində “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Bəndəliyev Mehman, 1966-cı il təvəllüdlü Qocayev Teymuraz və 1983-cü il təvəllüdlü Novruzov Xəyaldır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyəti orta-ağır, birinin isə normaldır. 

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR