İlk dəfə Bakıda qadın qaydasız döyüşçülərin şokoladda döyüşləri keçiriləcək.
ANS PRESS-in məlumatına görə, fevralın 8-də paytaxtın klublarından birində baş tutacaq gecədə rus qızlar iştirak edəcək.
Tamaşaçılar şokaladda döyüş zamanı qızların amansız mübarizəsinə şahid olacaqlar. Rus qızlar möhtəşəm şou təqdim edəcəklər və onlar şokoladla doldurulmuş rinqdə qarşılaşacaqlar.
Döyüş zamanı iştirakçıların elastikliyi döyüşün xüsusilə daha yaxşı şouya çevrilməsinə səbəb olacaq.
Hər il ənənəvi olaraq keçirilən bu yarışmaya ilk dəfə Bakı ev sahibliyi edəcək.