“Xiaomi” 7 düymlük displeylə təchiz edilmiş smartfonunu təqdim edib

“Xiaomi” 7 düymlük displeylə təchiz edilmiş smartfonunu təqdim edib
17:35 19 İyul 2018
Ölkə mətbuatı
A- A+

Çinin smartfon istehsalçısı “Xiaomi” şirkəti nazik çərçivəli böyük ölçülü ekran və tutumlu akkumulyatora malik “Mi Max 3” fabletini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, təqdim edilmiş qurğu 2160x1080 piksel təsvir ölçülü, tərəflər nisbəti 18:9 təşkil edən, 450 nit parlaqlığa malik 6,9 düymlük ekran, 8 nüvəli (takt tezliyi 1,8 QHs-dək) “Qualcomm Snapdragon 636” prosessoru və “Adreno 509” qrafik sürətləndiricisi ilə təchiz edilib.
 
Əsas kamera iki datçikə (12 və 5 meqapiksellik) və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir. Barmaq izləri skaneri var.
 
Qalınlığı 7,99 mm olan aparatın çəkisi 221 qram təşkil edir. Telefon əsasını “Android 8.1 Oreo” platforması təşkil edən yenilənmiş “MIUI” ƏS-nin idarəetməsi altında işləyir. Akkumulyator batareyasının tutumu 5500 milliamper/saat təşkil edir. Əməli yaddaşın tutumu 6 QB, daxili fləş daşıyıcının tutumu isə 128 QB-dır.
 
“Xiaomi Mi Max 3” smartfonu qara, mavi və qızılı rəngli korpuslarda satılacaq. Modelin satış qiyməti 252 dollardan başlanacaq.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-55629-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR