Prezidentdən icbari tibbi sığorta ilə BAĞLI MÜHÜM SƏRƏNCAM

Prezidentdən icbari tibbi sığorta ilə BAĞLI MÜHÜM SƏRƏNCAM
18:33 19 İyul 2018
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/247895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR