Tahir Rzayev: "Ermənilər havadarlarına arxalanıb sülh danışıqlarını pozur, hər dəfə bir təxribat törədirlər"

Tahir Rzayev: "Ermənilər havadarlarına arxalanıb sülh danışıqlarını pozur, hər dəfə bir təxribat törədirlər"
17:17 12 Yanvar 2015
160 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çox dəqiq çıxış etdi və bir daha göstərdi ki, işğal altında olan torpaqlarımızın düşməndən azad olunmasında israrlıdır”.

Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışını şərh edərkən millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili vurğulayıb ki, Prezident bir daha bəyan etdi ki, əgər sülh yolu ilə olmasa, biz işğal edilmiş torpaqlarımızı hansı vasitə ilə olursa-olsun, azad edəcəyik.

T.Rzayev əlavə edib ki, əlbəttə, bu, ölkə rəhbərinin, eyni zamanda Azərbaycan xalqının prinsipial mövqeyidir: “Bizim torpaqlarımız düşmən tapdağı altında qala bilməz. Ancaq çox təəssüflər olsun ki, beynəlxalq qurumlar, bu münaqişəni həll etməyə cavabdeh olan ATƏT-in Minsk qrupu məsələyə ikili standartlardan yanaşır, işğalçını işğalçı kimi göstərmir, işğalçı haqqında ciddi sanksiyalar həyata keçirmir, onlara öz yerini göstərmir. Bu da Azərbaycan Prezidentini ciddi narahat edir və digər yollara əl atmağa sövq edir”.

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycanın artan iqtisadi və siyasi, eləcə də hərbi qüdrəti imkan verir ki, hər zaman az bir müddətdə işğal olunmuş torpaqlarımızı azad edək: “Bunu bu gün Ermənistanın hakim dairələri də bilir. Ona görə də ermənilər öz havadarlarına arxalanırlar, sülh danışıqlarını pozurlar, hər dəfə bir təxribat törədirlər. Ancaq Azərbaycan Prezidenti bu müşavirədə də çox aydın göstərdi ki, Azərbaycan heç bir ölkənin diqtəsi ilə işləyən deyil, Azərbaycanı heç bir qüvvə öz yolundan döndərə bilməz, Azərbaycan heç bir çətinlikdən qorxmur, Azərbaycanın öz yolu, öz mövqeyi var və bu mövqeyini həmişə israrla həyata keçirəcək. Bu baxımdan Azərbaycan torpaqlarının işğalı da xarakterikdir və bu gün Azərbaycan Prezidentini düşündürən birinci məsələdir ki, Dağlıq Qarabağ torpaqları erməni işğalından azad edilsin”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR