Erməni ordusunda acınacaqlı durum -

Ermənistanın nüfuzlu "Jamanak" qəzeti yazır ki, hazırda bu ölkənin Milli Təhlükəsizlik Xidməti müdafiə və ümumilikdə hərbi sahədə hökm sürən özbaşınalıq, korrupsiya, rüşvətxorluq, xüsusilə gənclərin saxta sənədlərlə ordudan yayınması hallarının araşdırılması və ictimailəşdirilməsi məsələləri ilə məşğul olur.

Metbuat.az-ın məlumatına görə, qəzet öz etibarlı mənbələrinə istinadən xəbər verir ki, Noyemberyan ərazisində yerləşən hərbi hissələrdə əsgərlər hər dəfə postlara döyüş növbətçiliyinə getməzdən öncə evləri ilə əlaqə saxlayaraq valideynlərindən onlara ərzaq almaları üçün pul göndərmələrini xahiş edirlər.

"Hər dəfə hər əsgərdən 7-10 min dram (25-35 manat) məbləğində pul toplayırlar. Məsələ bundadır ki, mövqelərdə yerləşdirilən və döyüş növbəsi üçün postlara qalxan əsgərlərə yemək verilmir. Bu səbəbdən ərzaq və siqaret almaları üçün əsgərlər evlərinə, öz valideynlərinə müraciət etmək məcburiyyətində qalırlar" - deyə qəzet yazır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR