Erməni nazir BMT baş katibi ilə Qarabağı müzakirə etdi

Erməni nazir BMT baş katibi ilə Qarabağı müzakirə etdi
23:17 19 İyul 2018
51 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla BMT-nin baş katibi Antonio Quttereş arasında görüş baş tutub.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, nazir görüş zamanı qeyd edib ki, Ermənistan BMT çərçivəsində çoxtərəfli əməkdaşlığa böyük önəm verir.

BMT baş katibi Antonio Quttereş isə vurğulayıb ki, o, Ermənistandakı inqilab və daha sonra baş verən dəyişikliklərə heyrətlənib. Onun sözlərinə görə, BMT ölkə üçün əhəmiyyəti olan istiqamətlər üzrə sonrakı inkişafı dəstəkləməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsinə də toxunan Mnataskanyan Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu münaqişəsinin sülh yolu ilə həllinə dair danışqılara sadiq qaldığını iddia edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/669505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR