Hava zərbəsində 14 dinc sakin öldü

Hava zərbəsində 14 dinc sakin öldü
04:19 20 İyul 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Gündüz şəhəri yaxınlığında taliblərin mövqelərinə endirilən hava zərbələri nəticəsində qadın və uşaqlar daxil olmaqla 14 dinc sakin həlak olub.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, faktı təsdiqləyən Əfqanıstan müdafiə nazirliyinin nümayəndəsi Məhəmməd Rədvan bildirib ki, ölənlərin dəqiq sayı müəyyənləşdirilir.

 

Hava zərbələrinin Əfqanıstan və yaxud ABŞ aviasiyası tərəfindən endirildiyi hələ ki, məlum deyil. ABŞ hərbçiləri hadisədə onların təyyarələrinin iştirak etdiyinin heç bir əlaməti olmadığını bəyan ediblər.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR