İraqda etirazçılar İranla sərhəd yolunu bağladılar

İraqda etirazçılar İranla sərhəd yolunu bağladılar
06:23 20 İyul 2018
76 Dünya
Ölkə mətbuatı
A- A+

İraq hökumətinin asayiş çağırışları və vədlərinə baxmayaraq, güneydəki etirazçılar aksiyalarına davam edir.

Publika.az xəbər verir ki, ölkənin cənub-qərbindəki Meysan şəhərində toplanan etirazçı kütlə İran Sərhəd Qapısına gedən əsas yolu bağlayıb.

Hökumətdən xidmətlərin yaxşılaşdırılmasını istəyən etirazçılar su və elektrik fasilələri və işsizlik problemlərini tənqid edən plakatlar qaldırıblar.

Təhlükəsizlik qüvvələri yolu açmaq üçün aksiyaya müdaxilə edib və etirazçılardan bəziləri saxlanılıblar.

İraqın yeganə gəlir mənbəyi olan xam neft ixracının böyük bir qismini tədarük edən Bəsrə vilayətində 8 iyulda başlayan mitinqlər Zikar, Babilistan, Meysan, Divaniyyə, Nəcəf və son olaraq da paytaxt Bağdada sıçramışdı. Aksiyalarda 6 nəfər həyatını itirmiş, onlarla insan yaralanmışdı.

Həyat şərtlərinin yaxşılaşdırılmasının tələb edildiyi nümayişlərdə su və elektrik xidmətlərindəki problemlər, işsizlik və dövlət idarələrindəki qanunsuzluqlara etiraz edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/247938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR