İbtidai insanların Afrika qitəsindən ayrılmasının tarixi dəyişdi

İbtidai insanların Afrika qitəsindən ayrılmasının tarixi dəyişdi
07:43 20 İyul 2018
46 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya və Çin arxeoloqları tərəfindən aparılan tədqiqatların yekunu sübut edib ki, ibtidai insanlar Afrika qitəsindən əvvəllər güman edildiyi kimi 1,85 milyon il deyil, 2,12 milyon il əvvəl ayrılıblar.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, arxeoloqların Çinin Şanqçen əyalətində aşkar etdikləri artefaktlar və insan skeletləri ibtidai insanların başqa qitələrə yayılması tarixini yenidən yazmağa imkan verib. Britaniya və Çin alimləri arxeoloji tapıntıları öyrəndikdən sonra belə qənaətə gəliblər ki, onlar 2,1 milyon il əvvəl yaşamış homosapienslərə aiddir.

Çin Elmlər Akademiyasının professoru Çoyu Çu və Ekseter Universitetinin professoru Robin Dennell arxeoloji qazıntıların yekunlarına dair keçirdikləri mətbuat konfransında bəyan ediblər ki, tapılmış 96 artefakt afrikalı ibtidai insanların Şərqi Asiyada 2 milyon il əvvəl məskunlaşdıqlarını göstərir.

Bu yeni kəşfdən əvvəl Gürcüstanın Dmanisi rayonunda tapılmış skelet qalıqları və daş alətlərin tədqiqi əsasında ibtidai insanların Afrikadan köçünün tarixinin 1,85 milyon il əvvəl olduğu müəyyən edilmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlitarix/247935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR