Avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Avtomobil aşıb, 3 nəfər xəsarət alıb
08:22 20 İyul 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Mingəçevir - Bəhramtəpə avtomobil yolunda, rayonun Salahlı kəndi ilə Aran qəsəbəsi arasındakı istiqamətdə baş verib.

Belə ki, idarəetmədən çıxan "CİP" markalı avtomobil yolun kənarına aşıb. Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan ikisi təcili yardım maşını, biri isə yoldan keçən fərdi minik avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/669526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR