"Asan İmza" ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR

"Asan İmza" ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR
16:34 20 İyul 2018
35 Digər
Ölkə mətbuatı
A- A+

İstifadəçilərin çoxsaylı müraciətləri və təkliflərilə əlaqədar olaraq artıq iyunun 1-dən etibarən “Asan İmza” ilə aparılan bütün tranzaksiyalara görə ödəmələr ləğv edilib.

 

ASAN Xidmətdən Lent.az-a verilən məlumata görə, artıq xidmətdən istifadə limitsizdir. Bir SİM karta eyni anda bir neçə sertifikat yükləmək mümkündür. Bura eyni tariflə vətəndaş və hüquqi şəxslər üçün nəzərdə tutulan sertfikatlar da daxildir. Xidmətdən istifadə edənlərin sayının çoxaldığını və tranzaksiyaların miqdarının artdığını nəzərə alaraq onların ödənişsiz həyata keçirilməsi qərara alınıb.

 

15 avqust 2018-ci il tarixindən etibarən “Asan İmza” mobil elektron imza xidmətindən istifadənin qiyməti 1 manat yerinə 2,5 manat (ƏDV daxil) təşkil edəcək. Dəyişikliklərin təşəbbüskarı kimi xidmətin operatoru olan “B.EST Solutions” şirkəti çıxış edib.

 

Qeyd edək ki, Azərbaycan “Asan İmza” mobil identitet və imzanın buraxılışı üzrə layihənin reallaşdırıldığı dünyada ilk 10 ölkənin siyahısına daxil edilmişdir. Regionda Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstanın daxil olduğu bir sıra ölkələrdə ən təhlükəsiz, istifadədə asan və İnternetə məhdud çıxışı olan istifadəçilər üçün əlyetərlilik baxımından bu texnologiyanın tətbiq edilməsini planlaşdırılır. Bununla yanaşı “Asan İmza” bazar rəqabətinin qaydalarını gözləyərək Azərbaycanda Elektron Rəqəmsal İmza (e- imza) ilə bərabər şəkildə qüvvədədir. Bu isə istifadəçilərə üstün variant seçimində dayanmağa imkan verir.

 

“Asan İmza” mobil elektron imza xidmətinin qiymətinin qaldırılması iqtisadi amillər, xarici valyutanın kursundakı dəyişikliklər, Azərbaycanda müxtəlif xidmətlərin qiymətindəki artım, eləcə də təhlükəsizlik sisteminin yenilənməsində önəmli olan sistemə ümumi yükləmələrin artması, xarici vendorlar tərəfindən xidmətə olan xərclərin artması, xarici lisenziyaların əldə edilməsi ilə şərtlənir ki, bu xərclərin də ekvivalenti dollar ilə hesablanır. Hətta bu halda belə “Asan İmza” operatoru üçün birinci yerdə istifadəçilərin təklifləri durur ki, bunun əsasında bütün tranzaksiyaların ödənişsiz edilməsi qərara alınıb və bu qərar sayəsində bütün “Asan İmza” sahibkarları xidmətdən hər hansı bir məhdudiyyət olmadan istifadə edə bilcəklər.

 

"Bu gün bir çox ölkələr maliyyə və dövlət sistemlərinə kiber təhlükənin sayının artması ilə qarşılaşırlar. Cinayətkarlar bank xidmətinin istifadəçilərinin parollarını sındırır, sosial şəbəkələrdə nəinki adi istifadəçilərin, hətta iri şirkətlərin belə, fərdi məlumatları və hesablarının oğurlanması kütləvi şəkildə həyata keçirilir. Arasıkəsilməz diversiyalar və kiber hücumlar şəraitində ölkənin informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi fiziki sərhədlərin qorunmasından daha vacib strateji məsələdir. “Asan İmza” mobil elektron imza bu şəkildə qorunmanın sərhədlərindən biridir. Məhz bu səbəbdən biz “Asan İmza” xidmətinin keyfiyyətli şəkildə təqdim edilməsindəki köməyə və dəstəyə görə Azərbaycanın hər üç mobil operatoruna minnətdarlığımızı bildirmək istəyirik. Eyni zamanda sertifikatların verilişi zamanı vətəndaşların identifikasiyasının təmin edilməsində innovative xidmətlərin lokomotivi sayılan Azərbaycan Respublikası Vergilər Nazirliyinə xüsusi təşəkkür bildiririk.

 

Onların sayəsində əminik ki, vətəndaşların imza sertifikatları yad əllərə düşmür. Daha bir minnətdarlığı ASAN Xidmət mərkəzlərinə bildirmək istəyirik, çünki onlar “Asan İmza”nı ölkəmizin istənilən nöqtəsində əldə etmək üçün vətəndaşlara şərait yaradırlar".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR