Əcnəbilər “ASAN xidmət”də təcrübə keçəcək

Əcnəbilər “ASAN xidmət”də təcrübə keçəcək
19:13 20 İyul 2018
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Serbiya, Niderland, Pakistan, Çin və Hindistandan gələn qonaqlar 19 iyul – 3 avqust tarixlərində “ASAN xidmət” mərkəzlərində dövlət xidmətləri göstərilməsi üzrə könüllü fəaliyyətinə qoşularaq, ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak edəcəklər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 1, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərəcək əcnəbi könüllülər "ASAN xidmət" mərkəzləri və "ASAN radio" ilə yaxından tanış olublar, onlara “ASAN xidmət"in fəaliyyəti, prinsipləri və ASAN Könüllüləri hərəkatı haqqında geniş təqdimatlar edilib.

Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/248016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR