Goranboyda ev yanıb.
FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Aşağı Ağcakənd qəsəbəsində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik yardımçı tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az