"Yol hərəkəti haqqında" qanunda dəyişiklik edildi - SƏRƏNCAM

"Yol hərəkəti haqqında" qanunda dəyişiklik edildi - SƏRƏNCAM
17:19 12 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilib. Bu barədə dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim edəcək.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayaraq fərmanın icrası barədə beş ay müddətində prezidentə məlumat verəcək.

 

Dəyişikliyə əsasən, qanunun 14-cü maddəsində “sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada həyata keçirilmiş” sözləri ilə əvəz edilib.


27-ci maddənin I hissəsinin ikinci cümləsində isə “sahibinin mülki məsuliyyətinin icbari sığortasının” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının” sözləri ilə əvəz edilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR