Ukraynada ağır yol qəzası -

Ukraynanın Jitomir vilayəti ərazisində, Kiyevdən 127 kilometr aralıda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Jitomir vilayəti polisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ölənlərdən biri uşaqdır. İlkin ehtimala görə, yol qəzası surət həddinin aşılması səbəbindən baş verib.

Ölənlərin sayının artacağı ehtimal edilir, çünki yaralılardan 4-nün vəziyyəti ağırdır.

Ukrayna Prezidenti Petro Poroşenko Jitomir vilayəti rəhbərliyinə yaralılara təxirəsalınmaz yardımların göstərilməsi tapşırığını verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR