Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 74,64 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,5 dollar dollar/barel çoxdur.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 19-da 70 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 19-da 72,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,62 dollar/barel çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR