ABŞ-da kater batdı, 17 ölü

ABŞ-da kater batdı, 17 ölü
07:29 21 İyul 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.  

 

Məlumata görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  

 

Bundan əvvəl qayıqda uşaqlar da daxil olmaqla, ümumilikdə, 31 nəfərin olduğu bildirilib. Qasırğa zamanı küləyin sürəti saatda 100 km təşkil edib.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR