"Fransa ilə əlaqələrin bu səviyyəyə çatması Azərbaycan üçün çox əhəmiyyətlidir"

"Fransa ilə əlaqələrin bu səviyyəyə çatması Azərbaycan üçün çox əhəmiyyətlidir"
13:32 21 İyul 2018
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasındakı dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Milli.Az-a açıqlamasında Prezident İlham Əliyevin Fransaya ən son səfərini dəyərləndirərkən bildirib.

Paris-Bakı əlaqələri yeniləndi: İrəvan çox narahatdır

Millət vəkilinin fikrincə, bu səfərin böyük əhəmiyyəti var: "Bu əlaqələr 1992-ci ilin fevral ayında Fransanın Azərbaycanda səfirliyinin, 20 noyabr 1994-cü ildə isə Azərbyacanın Fransada səfirliyinin fəaliyyəti ilə başlayıb. Keçən dövr ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr yaradılıb, ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edib. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq, Avropanın, eləcə də dünyanın nüfuzlu dövlətlərindən biri kimi Fransa ilə əlaqələrin bu səviyyəyə çatması Azərbaycan üçün çox əhəmiyyətlidir. Hazırda dünyada baş verən prosesləri, Fransanın Ermənistana müəyyən təsir vasitlərinə malik olduğunu nəzərə alsaq, cənab Prezidentin bu səfərinin çox böyük əhəmiyyəti vardır. İki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun, bilavasitə Fondun Prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradır".

R.Əliyev qeyd edib ki, Azərbaycan və Fransa arasında əlaqələrin inkişaf etdirilməsi iki ölkənin marağındadır: "Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Fransanın Prezidenti Emmanuel Makronla, Fransa Milli Assambleyasının sədri Fransua de Ruji, Fransa senatının sədri Jerar Larşe, Fransanın nüfuzlu şirkətlərindən olan SADE, "Bouygues Travaux Publics", "CLFAL", "İVECO", "Airbus", "Total" və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Görüşlər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı bu sahələrdə gələcək layihələrin reallaşması məsələləri ətrafında fikir mübadilələri aparılıb. Azərbaycanın Fransada daha geniş formada tanınması istiqamətində işlərin genişləndiriməsinin zəruriliyi vurğulanıb. Görüşlərdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ətrafında da müzakirlər aparılıb. 

İnanırıq ki, Prezident İlham Əliyevin Fransaya son səfəri iki ölkə və xalqlarımız arasında ikitərəfli əməkdaşlığın və dostluq münasibətlərinin daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək. Bu inkişaf hər iki dövlətin və xalqlarımızın mənafeyinə uyğundur".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/669895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR