Lənkəranda avtomobil körpüdən aşdı - Xəsarət alan var

Lənkəranda avtomobil körpüdən aşdı - Xəsarət alan var
15:05 21 İyul 2018
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda avtomobil körpüdən aşıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Samir Habil oğlu Məmmədzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını "Lənkəran" çayı üzərindəki körpüdən aşırıb. Hadisə nəticəsində sürcü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/669913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR