İrana qanlı hücum: 10 hərbçi həlak oldu

İrana qanlı hücum: 10 hərbçi həlak oldu
15:38 21 İyul 2018
55 Digər
Ölkə mətbuatı
A- A+

İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-a yaraqlıların hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir.

Bildirilir ki, hücum bu gecə SEPAH-ın Merivan şəhəri yaxınlığındakı quru qoşunlarının qarovul postuna edilib.

Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/248078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR