İranda terrorçuların hücumu zamanı 10 hərbçi həlak olub

İranda terrorçuların hücumu zamanı 10 hərbçi həlak olub
15:39 21 İyul 2018
57 Digər
Ölkə mətbuatı
A- A+

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin  Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda  Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun  silah-sursat  anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.

 

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR