Ağdaş soyğunçuları tutuldu

Ağdaş soyğunçuları tutuldu
17:43 21 İyul 2018
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Ağdaş rayon polis şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib.

​Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların İsmayıllı rayon sakini Turan Ağazadə və Ağcabədi rayon sakini Namiq İsmayılov olduqları müəyyən edilib.

​Soyğunçuluq yolu ilə əldə etdikləri “qənimət” və sənədlər maddi sübut kimi onlardan götürülüb.

​Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/248086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR