4 yaşlı uşaq 6 pitbulu muma çevirdi (VİDEO)

4 yaşlı uşaq 6 pitbulu muma çevirdi (VİDEO)
17:26 12 Yanvar 2015
186 Digər
Ölkə mətbuatı
A- A+

Pitbul ən qorxulu it cinslərindən biridir. Onun çənəsi o qədər güclüdür ki, insanı belə çox çətinlik çəkmədən parçalaya bilər. Müntəzəm olaraq bu cinsdən olan heyvanların insanlara hücum etmələri barədə xəbərlər eşidirk.

Pitbulun dişlərinin ölçüsü daha iri və itidir. Onların çəkisi isə 14-32 kq arasındadır.
Çənə əzələləri olduqca güclüdür və bu sayədə 1 tona yaxın yük götürə bilər.

Amerikada yaşayan 4 yaşlı qızın isə bu itlərdən heç bir qorxusu yoxdur. O, 6 ac pitbulu pişik kimi oynadır. İtlər qızın bir əmri ilə sakit oturur. Daha sonra qız mətbəxlərinin döşəməsinə iki qab yem tökür. Lakin heyvanlar qız icazə verməmiş yemə yaxınlaşmağa belə cürət etmirlər. Azyaşlının sayması və "yeyin" əmrindən sonra isə onlar sıra ilə düzülərək yeməyə başlayırlar.

Bəziləri heyvanlarla uşaqların belə rahat anlaşmasını dəstəkləsədə, çoxları qızı təhlükəyə atdıqları üçün valideynlərini qınaq atəşinə tutub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR