ABŞ və Avropa arasında müharibə artıq başladı - NAZİR

ABŞ və Avropa arasında müharibə artıq başladı - NAZİR
02:18 22 İyul 2018
46 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Avropa arasında ticarət müharibəsi faktiki olaraq başladı.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib.

“Böyük iyurmilik”də hamı anlayır ki, ticarət müharibəsi reallıqdır”, - fransalı nazir Buenos-Ayresdə G20-nin maliyyə nazirlərinin iclasında deyib.

Onun sözlərinə görə, dialoqda ilk addımı ABŞ atmalıdır:

“Mən ABŞ-dan sağlam düşüncəyə qayıtmağı və qlobal qaydalara, həmçinin öz müttəfiqlərinə hörmət etməyi xahiş edirəm”.

Bruno Le Mer həmçinin bildirib ki, Vaşinqton tərəfindən Avropa mallarına yeni rüsumların tətbiqi halında, Avropa İttifaqının cavab ölçüləri tətbiq etməkdən başqa çıxış yolu qalmayacaq. O əlavə edib ki, ABŞ alüminium və polada tətbiq olunan idxal rüsumlarından imtina etmədiyi müddətdə, Avropa İttifaqı ABŞ-la azad ticarət haqqında danışıqlar aparmayacaq.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Brüsseli Avropa İttifaqından idxal edilən avtomobillərə genişmiqyaslı rüsumları tətbiq etməklə hədələyib. Öz növbəsində, Avropa Komissiyası belə rüsumların tətbiqi halında cavab addımları atılacağını bəyan edib.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/248116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR