Ötən ay Azərbaycanda 0,5% inflyasiya qeydə alınıb

17:32 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 17:27 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 1,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,5% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində çovdar və qarışıq undan çörək, mal və qoyun əti, günəbaxan yağı, müxtəlif içli şokoladlı konfetlər, banan, limon, naringi, portağal, göyərti və kələmin qiymətlərində ucuzlaşma, buğda unu, düyü, qarabaşaq yarması, kərə və zeytun yağı, süfrə duzu, şəkər, süd, yumurta, alma, armud, nar, şabalıd, kartof, soğan, sarımsaq və şirin bibərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

 

Dekabr ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində respublikadan kənara dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma qeydə alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR