Vitse-prezidenti bu təşkilat öldürmək istəyib

Vitse-prezidenti bu təşkilat öldürmək istəyib
21:33 22 İyul 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq aeroportun yaxınlığında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Qeyd edək ki, kamikadzenin özünü patrlatması nəticəsində 16 nəfər ölüb. Ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. "Tolo News" telekanalının məlumatına görə, partlayış zamanı Əfqanıstan hökumətinin üzvlərindən heç kim xəsarət almayıb.

Terror aktının hədəfi Əfqanıstana qayıtmış ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostumun olduğu avtomobil korteji olub. Dostum Əfqanıstana Ankaradan çarter reysi ilə qayıdıb. O, 2017-ci ilin mayından Türkiyədə sürgündə yaşayırdı.

Kamikadze Dostuma qədər çatmağı bacarmayıb və əfqan xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən dayandırıldığı anda üzərindəki partlayıcı qurğunu işə salıb.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/248167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR