Leysan Gürcüstanda fəsadlar yaratdı

Leysan Gürcüstanda fəsadlar yaratdı
21:54 22 İyul 2018
91 Digər
Ölkə mətbuatı
A- A+

Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.

 

APA-nın yerli bürosunun məlumatına görə, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.

 

Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.

 

Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR