Bir neçə gün sonra toyu olmalı idi - Lənkəranda DƏHŞƏTLİ QƏZA

Bir neçə gün sonra toyu olmalı idi - Lənkəranda DƏHŞƏTLİ QƏZA
03:48 23 İyul 2018
8 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Lənkəranda avtomobil qadın piyadanı vurub.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şağlaser kəndində baş verib.

Rayonun Şağlaser kəndi sakini Mirsalam Valeh oğlu Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Masallı rayon sakini, 60 yaşlı Gülqədəm Rüstəm qızı Fətullayevanı vuraraq öldürüb. G. Fətullayevanın meyiti müayinə olunmaq üçün təcili yardım maşını ilə aidiyyəti üzrə təhvil verilib.

G. Fətullayeva Şağlaser kəndinə bal satmaq üçün gəlirmiş. M. Hüseynovun isə bir neçə gün sonra toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/248173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR