İsrail kəşfiyyatından “Ağ kaskalar” ƏMƏLİYYATI - "Aktyorlar"ın missiyası TAMAMLANDI - VİDEO

İsrail kəşfiyyatından “Ağ kaskalar” ƏMƏLİYYATI - "Aktyorlar"ın missiyası TAMAMLANDI - VİDEO
08:03 23 İyul 2018
51 Digər
Ölkə mətbuatı
A- A+

“İsrail “Ağ kaskalar” təşkilatının üzvlərini Suriyadan təxliyyə edib. Təşkilatın İsrail tərəfindən Suriyadan çıxarılması onun öz vəzifəsini yerinə yetirdiyini göstərir.”.

Publika.az xəbər verir ki, bunu Strateji Planlaşdırma İnstitutunun direktoru Aleksandr Qusev “Russian Today” telekanalına bildirib.

“Niyə məhz İsrail? Bu ölkə Qərb tərəfindən maliyyə və siyasi baxımdan dəstəklənir. Bundan başqa, ərazi yaxınlığı mühüm əhəmiyyət daşıyır. Aydındır ki, İsrail kəşfiyyatı Suriyanın geniş ərazisinə kifayət qədər nəzarət edir və təşkilatın üzvlərinin çıxarılmasını həyata keçirmək onun üçün daha rahatdır”, - Qusev deyib.

Ekspertin fikrincə, İsrailin Vaşinqtonun təkidi ilə bu addıma getdiyi şübhə doğurmur, çünki “Ağ kaskalar” tamamilə qərb ölkələrinin hesabına fəaliyyət göstərirdi

Qeyd edək ki, İsraillə həmsərhəd olan Suriyanın cənubu Dəməşqin nəzarətinə keçir. Hökumət qoşunları güc və danışıqlar yolu ilə müxalifət dəstələrini regiondan sıxışdırıb çıxarır. İsrailin Xarici İşlər Nazirliyi bazar günü “Ağ kaskalar” təşkilatının fəallarının ailələri ilə birlikdə Suriyadan təxliyyə edildiyini açıqlayıb.

Suriyanın dinc əhalinin müdafiəsi və xilasetmə əməliyyatları “Ağ kaskalar”ın hədəfi elan edilmişdi. Bununla belə təşkilatı dəfələrlə səhnə videoçarxlarının yaradılmasında ittiham ediblər. Bundan başqa, təşkilatın bəzi üzvlərini döyüşçülərin sıralarında görmüşdülər.

Rusiyanın Xarici İşlər Nazirliyi isə təşkilatın fəaliyyətini Suriya hakimiyyətinin gözdən salınması üzrə böyük informasiya kampaniyasının elementi adlandırıb. Öz növbəsində, Suriya prezidenti Bəşər Əsəd dəfələrlə bildirib ki, “Ağ kaskalar”ın üzvləri əslində terrorçuların tərəfdarıdır.

Rusiya, Suriya və İran başda olmaqla, kimyəvi hücumların səhnələşdirildiyini bildirən ölkələr bunda “Ağ kaskalar”dan istifadə edildiyini iddia edirlər. Rusiyaya görə, təşkilat kimyəvi hücumun baş verdiyini iddia etmək üçün kifayət qədər etibarlı xəbər mənbəyi deyil.

“Ağ kaskalar” təşkilatı barədə 2016-cı ildə yayılan bir video təşkilatı tənqid hədəfinə çevirmişdi.

Videoda “Ağ kaskalar”ın fəalları “xilasedici əməliyyat”ı zamanı məşhur “Mannequin Challenge” flaşmobunda iştirak edirlər. İlk baxışda görünə bilər ki, videoda Suriya şəhərlərindən birində real xilasedici əməliyyat təsvir edilib və qismən dağıntıların altında qalan yerli sakin xilas edilir. Ancaq videoçarxın əvvəlində nə “zərərçəkən”, nə də “Ağ kaskalar”ın fəalları hərəkət edir, operator isə kamera ilə onların ətrafındadır. Bir neçə saniyə sonra suriyalı sanki dirilir və “xilasedicilər”dən tutaraq ağrıdan qışqırmağa başlayır. Bu zaman kadr arxasında yad səslər eşidilir və “xilasedicilər” öz işinə başlayırlar.

Beləliklə, videoçarxın birinci hissəsi istisna olmaqla, Suriyada atəş altında “xilasedicilər”in real işinin tam təsviri yaradılır.

Bu ilin mayında isə Dövlət Departamentindən bildirilmişdi ki, Amerika hökuməti “Ağ kaskalar” qeyri-hökumət təşkilatı da daxil olmaqla, Suriya müxalifətinə yardım proqramına yenidən baxır. Qurumun nümayəndəsi qeyd etmişdi ki, qərar ABŞ-ın maliyyə xərclərinin ixtisarı üzrə ABŞ-ın prezidenti Donald Tramp tərəfindən elan edilmiş kurs çərçivəsində qəbul edilib. Vaşinqton administrasiyası nəzərə alır ki, xarici partnyorlar və ABŞ-ın müttəfiqləri “Ağ kaskalar”ın maliyyə yükünün daha çox hissəsini öz üzərinə götürəcəklər.

“Biz prezidentin sərəncamına əsasən, Suriyada yardımın göstərilməsi üzrə cari proqramlarımıza yenidən baxırıq”, - diplomat bildirib.

Lakin ekspertlərə görə, “Ağ kaskalar” Bəşər Əsəd rejimini devirmək üçün aparılan təbliğat kampaniyasının bir hissəsi kimi Suriyaya göndərilmişdi və buna nail olmayan Vaşinton təşkilata dəstəyini dayandırır.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/248165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR