"Bavariya"nın prezidenti: Özilin millidən getməsinə sevinirəm

"Bavariya"nın prezidenti: Özilin millidən getməsinə sevinirəm
13:43 23 İyul 2018
54 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın prezidenti Uli Höness Məsut Özilin Almaniya millisindəki karyerasını bitirməyinə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, türk əsilli futbolçunun yığmadan getməsinə sevindiyini söyləyib:

"Sevinirəm ki, hər şey başa çatdı. Özil illərdir bərbad oynayır. O, sonuncu dəfə DÇ-2014-dən əvvəl hansısa oyunda rəqibdən top almışdı".

Qeyd edək ki, Özil dünən şəxsi "Twitter" hesabından millidəki karyerasını başa vurduğunu açıqlayıb. "Arsenal"ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/248222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR