Türkiyə ilə Azərbaycan birgə layihələr hazırlayır

Türkiyə ilə Azərbaycan birgə layihələr hazırlayır
16:52 23 İyul 2018
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/670374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR