Sabah qasırğa ola bilər - BUNLARI ETMƏYİN!

Sabah qasırğa ola bilər - BUNLARI ETMƏYİN!
17:08 23 İyul 2018
68 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun 23-dən 25-dək Günəşdə çox aşağı səviyyədə aktivlik gözlənilir. İyulun 24-də Günəşdə G-1 səviyyəli qasırğa olacağı proqnozlaşdırılır.

Bu barədə Publika.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, Günəş küləyi parametrləri son 24 saat ərzində güclənməkdə davam edir. 2 MeV-dən çox enerjili electron selinin iyulun 23-24-də normal və orta səviyyədə olacağı ehtimal edilir.

İyulun 25-də CH HSS (Coronal Hole High Speed Streams–Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsirinə cavab olaraq axının yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə-iyulun 23-dən 25-dək fon səviyyələrində davam etməsi gözlənilir.

Bu gün Günəş küləyi parametrlərinin daha da güclənəcəyi proqnozlaşdırılır. Buna səbəb CH HSS effektinin mənfi qütblülüyə malik olması və CIR (Co-rotating Interaction Region-Birgə-dönən qarşılıqlı-təsir regionu) yaranması göstərilir. STEREO-A qurğusunun məlumatları əsasında Günəş küləyi sürətinin artaraq 600–650 km/san intervalında qərarlaşacağı gözlənilir.

Birinci proqnoz günü CIR effektinin təsirinin başlanması, iyulun 24-də müxtəlif periodlarla G1-Minor səviyyəli qasırğaların ola biləcəyi ehtimalını söyləməyə əsas verir. Həmçinin iyulun 25-də CH HSS effektinin təsiri qaldığından belə aktiv şəraitin davam edəcəyi gözlənilir.

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlanmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/248241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR