TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
19:33 23 İyul 2018
Ölkə mətbuatı
A- A+

“Trans-Adriatik” (TAP) boru kəməri üzrə işlərin 75 faizi icra olunub.

Publika.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihələri uğurla reallaşdırılıb və TAP boru kəməri üzrə işlərin 75 faizi icra olunub. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolu təmin ediləcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi və Azərbaycan qazı Bolqarıstan üçün mühüm əhəmiyyətə malikdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağı nəzərdə tutulur. Azərbaycan təbii qazı Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiyaya öz töhfəsini verəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/248264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR