“Tramp İranla bağlı mənə dedi ki..” – Məsləhətçisi DETALLARI AÇDI

“Tramp İranla bağlı mənə dedi ki..” – Məsləhətçisi DETALLARI AÇDI
20:43 23 İyul 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ prezidenti Donald Tramp söz verdi ki, İran yanlış hərəkətlərə yol verəcəyi halda, dünyanın yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun sözlərinə görə, bu barədə Tramp onunla söhbətində bildirib.

“Mən ötən həftə prezidentlə söhbət etdim. Prezident Tramp mənə dedi ki, əgər İran nəsə yanlışlığa yol versə, Yer kürəsinin yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək”, - Ağ Evin mətbuat xidməti Boltonun sözlərini sitat gətirib.

ABŞ prezidenti bu gün Tvitter hesabında bildirib ki, İran ABŞ-ı hədələməyə davam edərsə, bunun nəticələrindən əziyyət çəkəcək.

Daha əvvəl isə İran prezidenti Həsən Ruhani Amerika liderini atəşlə oynamamağa çağırıb. O vurğulayıb ki, Tehran heç kimlə vuruşmur, amma İranın gücü zəhmldir.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/248269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR