Qətərli jurnalistlər Mətbuat Şurasında oldular

Qətərli jurnalistlər Mətbuat Şurasında oldular
20:53 23 İyul 2018
26 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun 23-də Qətərin Azərbaycanda səfərdə olan bir qrup jurnalisti və bloqqeri Azərbaycan Mətbuat Şurasında olub.

Publika.az-a bu barədə Mətbuat Şurasından məlumat verilib.

Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açıb. O, Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalist axınının olduğunu vurğulayaraq, bunun ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərini qeyd edib. Qətərli jurnalistlərin Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminlik ifadə edilib.

Görüşdə qətərli jurnalistlərin və bloqqerlərin sualları cavablandırılıb, Azərbaycanda söz və ifadə azadlığının, jurnalistika sahəsində təhsilin vəziyyəti, kütləvi informasiya vasitələrinin yaradıcılıq xüsusiyyətləri, maddi durumu ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/248271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR