İqor Ponomaryov ailəsi ilə Bakıya köçür

İqor Ponomaryov ailəsi ilə Bakıya köçür
17:47 12 Yanvar 2015
192 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryov İsveçdən Bakıya köçməyə qərar verib. Fanat.az xəbər verir ki, bu barədə report.az-a veteran futbolçu özü məlumat verib. 

Ponomaryov vətəninə ailəsi ilə birgə gələcəyini açıqlayıb. Lakin o, oğlu Anatoli Ponomaryovun işlərinin çoxluğu səbəbindən Bakıda daimi yaşaya bilməyəcəyini əlavə edib. Səfər tarixi və verdiyi qərarın səbəbini açıqlamayan 55 yaşlı mütəxəssis bildirib ki, AFFA Məşqçilər Komitəsinin yaradılmasından xəbərdardı. Lakin o, konkret iş təklifi almadığını vurğulayıb. 

Qeyd edək ki, Ponomaryova 5 il öncə 50 illik yubileyi münasibətilə Bakıda Nəqliyyat Nazirliyi yaxınlığındakı yeni tikilmiş binalardan birində mənzil hədiyyə olunub.  

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR