Serj Sarkisyan Gümrüdə rus hərbçisi tərəfindən 6 nəfərin qətlə yetirilməsi ilə əlaqədar müşavirə keçirib

17:47 12 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 17:40 ]


Bakı. Rüfət Əhmədzadə – APA. Ermənistan prezidenti Serj Sarkisyan Gümrüdə rus hərbçisi tərəfindən 6 nəfərin qətlə yetirilməsi ilə bağlı təcili müşavirə çağırıb.

 

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi müşavirədə hadisənin təfərrüatlarının araşdırılmasının və günahkarların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.

 

Toplantıda Rusiyanın Ermənistandakı hərbi bazasının rəhbərliyinin məsələnin araşdırılmasında hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi qeyd olunub. Prezidentin mətbuat xidmətindən bildirilib ki, məsələ bilavasitə prezidentin nəzarətindədir.

 

Qeyd edək ki, hadisə yerindən Gümrüdə Rusiya hərbi bazasının qulluqçusu Valeri Permyakova aid çəkmələr tapılıb.

 

Qətlə yetirilənlərə gəlincə, bunlar ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və körpə övladıdır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan körpənin vəziyyəti ağır qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR