MSK qalmaqallı seçki komissiyasını ləğv etdi

MSK qalmaqallı seçki komissiyasını ləğv etdi
17:54 12 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Məzahir Pənahov: “Bələdiyyə seçkilərində müəyyən xoşagəlməz hallar seçkilərin nəticələrinə təsir edəcək gücdə deyil”

 

“Mümkün deyil ki, seçkidə xoşagəlməz hal olmasın”.

 

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

M. Pənahov bildirib ki, bələdiyyə seçkilərində müəyyən xoşagəlməz hallar seçkilərin nəticələrinə təsir edəcək gücdə deyil: “Seçkidə əsas odur ki, çoxluğun iradəsi ortaya qoyulsun. Bələdiyyə seçkilərində narazı olanlar var, ancaq onlar da başa düşürlər ki, belə hallar seçkilərin nəticələrinə təsir edəcək gücdə deyil”.

 

Seçki məntəqələrindən daxil olan müraciətlərin çox az sayda olduğunu deyən MSK sədri bildirib ki, bununla belə, aşağı seçki komissiyalarının bəzilərində olan xoşagəlməz hallara da reaksiya verilir: “Məsələn, MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar layihəsində 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının ləğv edilməsi əksini tapıb. Ancaq Azərbaycanda keçirilən seçkilər 10 il əvvəl keçirilən seçkilərlə müqayisədə kifayət qədər yüksəkdir”.

 

 

Qeyd edək ki, 2014-cü il dekabrın 23-də 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə zamanı seçki pozuntusu ilə bağlı görüntü sosial şəbəkələrdə yayılmışdı.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR