ABŞ səlahiyyətliləri Paris yürüşünə niyə qatılmadı?

ABŞ səlahiyyətliləri Paris yürüşünə niyə qatılmadı?
18:03 12 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/

Parisdə dünya liderlərinin iştirakı ilə keçirilən yürüşə Birləşmiş Ştatların Prezidenti Barak Obama da daxil olmaqla, yüksəkvəzifəli şəxslərin qatılmaması ABŞ mediasında geniş əks-səda doğurub.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, ABŞ mediası bunu diplomatik uğursuzluq və utancverici hal kimi qiymətləndirib.

Qeyd edək ki, yürüşə 44 ölkənin səlahiyyətli şəxsləri qatılmışdı. ABŞ-ı yalnız bu ölkənin Parisdəki səfiri Ceyn Hartli təmsil etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR