Türkiyədə iri bank yaradılacaq

18:08 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə iri bank yaradılacaq. Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, yeni bankın nizamnamə kapitalı 10 milyard dollar olacaq: "Yeni bank Türkiyədə ən iri bank olacaq və bir sıra ölkələrdə törəmə filialları yaradılacaq".

Bununla belə, Prezident yaradılması cari ilə planlaşdırılan yeni bankın adını açıqlamayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2352265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR