Dekabrda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

18:12 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:11 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5%, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 1,5 və 4,9%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8% bahalaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, birillik bitkilərdən pomidorun istehsalçı qiyməti 11,1% ucuzlaşıb, buğda 6,4%, arpa 3,1%, lobya dəni 8,1%, şəkər çuğunduru 20,1%, kələm 3,1%, kartofun istehsalçı qiyməti isə 0,6% bahalaşıb.

 

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 14,7%, feyxoa 2,5%, əzgil 11,5%, limon 6,7%, naringi 12,7%, heyva 32,9%, alma 2,4%, armud 7,5%, şabalıd 7,1%, fındıq 4,6%, qozun istehsalçı qiyməti 2,9% bahalaşıb, portağalın istehsalçı qiyməti isə 5,0% ucuzlaşıb.

 

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti müvafiq olaraq 2,6 və 0,7% ucuzlaşıb, süd 0,8%, diri qoyun və keçilər 0,3%, qoyun və keçilərin qırxılmış yuyulmamış yunu 1,0%, qoyun əti (diri çəkidə) 0,1%, yumurtanın istehsalçı qiyməti isə 14,4% bahalaşıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR