Şəkidə sel təhlükəsi - VİDEO

Şəkidə sel təhlükəsi - VİDEO
18:12 12 Yanvar 2015
328 Sosial
Ölkə mətbuatı
A- A+

Kiş və Şin çayları dünyanın ən dağıdıcı sellərinin yaşandığı çaylardandır. Selin vurduğu ziyanı texnika və insanların köməyilə minimuma endirmək mümkündür. Amma bəzi hallarda elə insanlar özləri də dağıdıcı sellərin baş verməsi üçün əllərindən gələni əsirgəmirlər.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkidə Kiş və Şin çaylarında sel və daşqınların qarşısını almaq üçün dövlət tərəfindən mütəmadi olaraq qabaqlayıcı tədbirlər görülür. Yeni bəndlər tikilir, çay yataqları dərinləşdirilir, çay hövzələrində yaşıllıqlar salınır. Ancaq qarın əriməsi, çaylarda su axının çoxalması erroziya olan ərazilərdə, yeni yaranmış su ocaqlarında növbəti sel təhlükəsi yaradır.

Lakin ətraf kəndlərin sakinləri tərəfindən çay yatağında olan meşələrin qırılması və ağacların dağdan aşağıya doğru buraxılması sel təhlükəsini daha da artırır. Çünki yağışlardan sonra həmin hissə yuyulur və bu da, öz növbəsində, dağda aşınma yaradır. Suyun gətirdiyi qırıntılarsa çay yatağına yığılır və gözlənilən təhlükəni daha da artırır. Odur ki, təhlükəni minumuma endirmək, dağda aşınmaların qarşısını almaq üçün əsaslı addımlar atılmalıdır. Bunun üçün, ilk növbədə, meşələrin qırılmasına nəzarət gücləndirilməlidir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR