Herbert Salber Bakıya gəlir

Herbert Salber Bakıya gəlir
18:16 12 Yanvar 2015
182 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 14-15-də Azərbaycanda səfərdə olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə təşkilatın Bakı nümayəndəliyindən bildirilib.

Vurğulanıb ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması ilə bağlı müzakirə olunacaq.

Xatırladaq ki, Herbert Salberin Bakıya sonuncu səfəri ötən il iyulun 23-də baş tutub, Azərbaycan rəsmiləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR