MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib

MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib
18:19 12 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bələdiyyə seçkilərində yol verdiyi nöqsanlara görə 3 dairə və 5 məntəqə seçki komissiyası buraxılıb

 

Bu gün Mərkəzi Seçki Komissiyası 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

 

APA-nın məlumatına görə, MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

 

Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Sənəddə yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyalarının buraxılması da əksini tapıb. Eyni zamanda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə 15 saylı məntəqə seçki komissiyası, 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə 12 saylı məntəqə seçki komissiyası, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə 37 saylı məntəqə seçki komissiyası, 71 saylı Masallı Seçki Dairəsi üzrə 4 saylı məntəqə seçki komissiyası və 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə 42 saylı məntəqə seçki komissiyası buraxılıb.

 

MSK katibi Mikayıl Rəhimov bələdiyyə seçkilərinin nəticələrinin etibarlı sayılmasını təklif edib. O, şikayətlərin 50 faizinin adiyyəti üzrə ünvanlanmadığını bildirib, maarifləndirmə işlərinin aparılmasını zəruri sayıb.

 

MSK üzvü Akif Qurbanov seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.

 

MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı 2 nəfər əleyhinə, 15 nəfər lehinə olmaqla qəbul edilib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR