Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
18:23 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

2014-cü ilin dekabr ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb.

Dekabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz bahalaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2352330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR