Bakı bulvarı yenidən sökülür (FOTO)

Bakı bulvarı yenidən sökülür (FOTO)
18:26 12 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Bulvarda yenidən söküntü işləri aparılır.

ANS PRESSin məlumatına görə, Dənizkənarı Milli Parkın ərazisininin müəyyən hissələrində daşlar sökülür.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, söküntü Milli Parkda təmir işlərinin aparılması ilə əlaqədardır.

Onun sözlərinə görə, bulvarda hər il təmir işləri aparılır:

"Daşların bəziləri sınıb, bəziləri köhnəlib. Buna görə də bulvarda hər il təmir işləri olur".

O həmçinin qeyd edib ki, təmir işləri hər il planlı şəkildə qışda aparılır: "Yayda təmir etmək mümkün olmur. Çünki yayda bulvarda insan çox olur. Ona görə də onların istirahətinə mane olmamaq üçün təmir qışda edilir və hər qış bu təkrarlanacaq".
























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR