Dekabrda Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıb

18:27 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:22 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1%, sərnişindaşıma tarifləri isə 2,6% bahalaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5%, digər xarici ölkələr üzrə isə 8,2% bahalaşma müşahidə olunub.

 

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7% bahalaşıb. Dekabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% bahalaşıb.

 

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR