Azərbaycanın dövlət başçısı Maytripala Sirisenanı Şri-Lanka prezidenti seçilməsi münasibəti ilə təbrik edib

18:32 12 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:26 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Maytripala Sirisenanın Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycanla Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR